VINTOUCHÉ COLLECTION
Sifariş və çatdırılma qaydaları
01
Sifariş prosesi
- Saytda kataloq və ayrı məhsul səhifələri vasitəsilə parçanın mövcudluğunu, ölçüsünü, bağlanma mexanizmini və vəziyyətini yoxlayın.
- Sifariş etmək üçün məhsul səhifəsindəki WhatsApp, Instagram, Messenger düymələri və ya küncdəki Canlı Çat vasitəsilə bizimlə əlaqə saxlayın.
- Hər vintage məhsul tək nüsxə olduğu üçün sifariş yazılı təsdiqlə rəsmiləşdirilir.
02
Ödəniş qaydaları
- Bütün qiymətlər Azərbaycan manatı (AZN) ilə göstərilir.
- Ödəniş üsulu (kuryerə nağd və ya kartdan karta köçürmə) sifariş zamanı razılaşdırılır.
- Başlanğıc mərhələdə sayt üzərindən avtomatik onlayn kart ödənişi aparılmır.
03
Bakı daxili çatdırılma
- Hazırda çatdırılma yalnız Bakı şəhəri daxilində həyata keçirilir.
- Sifariş təsdiqləndikdən sonra kuryer çatdırılması və ya razılaşdırılmış mərkəzi nöqtədə təhvil verilmə vaxtı dəqiqləşdirilir.
- Hər parça qoruyucu kətan kisə və hədiyyəlik qutuda təqdim olunur.
04
Təhvil zamanı yoxlama və qaytarılma
- Vintage və second-hand aksesuarların yaşına uyğun kiçik patina izləri məhsul səhifəsində əvvəlcədən qeyd edilir.
- Təhvil alarkən məhsulu kuryer yanında yoxlamağınız tövsiyə olunur. Səhifədə qeyd olunmayan texniki qüsur və ya uyğunsuzluq olarsa, təhvil anında məlumat verə bilərsiniz.
- Gigiyenik səbəblərə görə sırğalar təhvil alınıb istifadə edildikdən sonra geri qaytarılmır.